Azərbaycan suya tullanma yarışında daha bir qızıl medal qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan suya tullanma yarışında daha bir qızıl medal qazanıb

18:13 - 21 / 05 / 2017
Azərbaycan suya tullanma yarışında daha bir qızıl medal qazanıb

Azərbaycan suya tullanma yarışında daha bir qızıl medal qazanıb.

1news.az-ın məlumatına görə, təmsilçimiz Olqa Bıkovskaya 3 m tramplindən tullanma yarışında 223.10 xalla birinci olub.

Türkiyəli Yaprak Seli Keskin ikinci (177.40 xal), indoneziyalı Della Harimurtu isə üçüncü (168.75) yeri tutub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər