Azərbaycan Meksikada keçirilən ən böyük festivalda təmsil olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Meksikada keçirilən ən böyük festivalda təmsil olunub – FOTO

15:14 - 23 / 05 / 2017
Azərbaycan Meksikada keçirilən ən böyük festivalda təmsil olunub – FOTO

Meksikanın paytaxtı Mexiko şəhərində ənənəvi olaraq keçirilən “Qardaş Mədəniyyətləri Festivalı”nın açılış mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, təntənəli açılış mərasimində Meksika şəhəri hökuməti başçısı Migel Anxel Mansera, Meksika Federal Dairəsi qanunverici orqanının, həmçinin diplomatik korpus və KİV nümayəndələri iştirak edib. Ölkəmizi tədbirdə Meksikada səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.

Qeyd edək ki, 2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri Hökuməti təşkilatçılığı ilə keçirilən bu Festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Mexiko əhalisinin tanış edilməsidir. Festivala ildən ilə maraq artır və bu il 94 ölkə qatıldığı bu tədbirə dörd milyona yaxın ziyarətçinin gəlməsi gözlənilir.

İki həftə ərzində davam edəcək bu Festivalda Azərbaycan da təmsil olunur. Festivalın qonaqlarına Azərbaycanla bağlı məlumat verilir, video və çap materialları nümayiş etdirilir, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamlarından dadmaq imkanı təqdim olunur.

Babək Cahandarov

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər