Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

20:38 - 23 / 05 / 2017
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi 23 mayda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Komitədən 1news.az-a verilən məlumata görə, bu dəfəki hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi özəlləşdirilib.

Qeyd edək ki, qeyri-yaşayış sahələrinin 1-i paytaxtda, 2-si isə regionlarda yerləşir.  Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti Qaradağ rayonunda yerləşir.

Regionlarda keçirilən hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Sabunçu rayonunda və Gəncə şəhərində yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak  paytaxtın Sabunçu rayonunda yerləşən 11 saylı çayxana olub. Adı çəkilən əmlak 24 min manata özəlləşdirilib. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özələşdirilib. Torpaq sahəsi  531,7 kv.m, ümumi faydalı sahəsi isə 89 kv.m-ə yaxındır.

Özəlləşdirilən növbəti kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən Çilingər emalatxanasıdır. Belə ki, həmin əmlak  1275 manata sahibini tapıb.

Bölgələrdə özəlləşdirilən 2 qeyri-yaşayış sahəsindən 1-i Sumqayıtda, 1-i isə Ağdaşda yerləşir. Özəlləşdirilən əmlaklarıın sahəsi isə 16,6 kv.m ilə 67,1 kv.m arasında dəyişir. 

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Qaradağ rayonunda yerləşən, sahəsi 16,6 kv.m olan qeyri yaşayış sahəsidir. Həmin əmlak 3 min 500 manata özəlləşdirilib. Həmçinin Ağdaş rayonunda yerləşən, sahəsi 28,2 kv.m olan qeyri yaşayış sahəsi də 6 min manata sahibini tapıb.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, hərracın keçirilməsində məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investisiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə  yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur. Mühüm üstünlük isə hərracda satılan əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı (privatization.az) üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə  hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilər.

Xatırladaq ki, komitə tərəfindən növbəti belə hərrac 30 may tarixində keçiriləcək. Bu hərraca ümumilikdə 49 əmlak çıxarılıb. Bunlardan  20-si səhmdar cəmiyyəti, 12-i kiçik dövlət müəssisə və obyekti, 14-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1778

Babək Cahandarov

Paylaş:
495

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər