Kubanın nüfuzlu jurnalında IV İslam Həmrəyliyi Oyunları barədə məqalə dərc edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Kubanın nüfuzlu jurnalında IV İslam Həmrəyliyi Oyunları barədə məqalə dərc edilib

09:40 - 23 / 05 / 2017
Kubanın nüfuzlu jurnalında IV İslam Həmrəyliyi Oyunları barədə məqalə dərc edilib

Kubanın ən çox oxunan nüfuzlu “Bohemia” jurnalında Azərbaycanda uğurla keçirilmiş IV İslam Həmrəyliyi Oyunları barədə ölkənin tanınmış jurnalisti Maria Viktoria Valdesin geniş məqaləsi dərc edilib.

1news.az-a Azərbaycanın Kubadakı Səfirliyindən verilən xəbərə görə, “Zirvəyə doğru yüksələn ölkədə daha bir böyük idman hadisəsi” başlıqlı məqalədə İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycanda xüsusi dövlət proqramına uyğun olaraq kütləvi və peşəkar idmanın inkişaf etdirilməsindən söz açılır, bu mühüm siyasətin əsasının xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğu və hazırda Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulanır.

Məqalədə, Azərbaycanın Birinci Vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın yarışların təşkilində mühüm xidmətləri qeyd edilərək, Bakı 2017 Oyunlarının olduqca yüksək səviyyədə təşkil edilməsi və heyranedici açılış və bağlanış mərasimləri ilə yaddaşlarda qalacağı bildirilir. Qeyd edilir ki, “Gücümüz həmrəylikdədir” devizi ilə başa çatmış idman bayramı qardaşlıq və birlik ideyalarını özündə daşıyan islam mədəniyyətinə məxsus müxtəlif cəmiyyətləri Bakıda birləşdirib.

Müəllif, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın çıxışına istinadən diqqətə çatıdırır ki, birinci Avropa Oyunları zamanı bütün qitəni birləşdirərək tarix yazmış Azərbaycan, hazırda Bakı 2017 çərçivəsində islamın sülh, tolerantlıq və xeyirhaqlıq ideyaları altında dörd qitəni təmsil edən islam dünyasını bir araya gətirdi. Bildirilir ki, bütün bunlar və beynəlxalq idman ictimaiyyəti üçün təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunları kimi daha bir tarixi idman hadisəsi Azərbaycanın dinamik inkişafının bariz nümunəsidir. Minillərlə ölçülən qədim tarixə malik Azərbaycanın, eyni zamanda gənc, sürətlə inkişaf edən müstəqil dövlət olaraq, çoxmədəniyyətlilik ənənələrinə söykənən, açıq və tolerant bir cəmiyyət olduğu vurğulanır.

Daha sonra, müəllif IV İslam Həmrəyliyi Oyunlarının simvolu kimi dünyada məşhur olan Qarabağ atlarından, habelə Azərbaycanın milli atüstü idman növlərindən çövkən, yaylıqqaçırtdı, sürpapaq oyunları kimi xalqımızın zəngin mədəniyyətinin bir hissəsi olan milli idman ənənələrindən bəhs edir. Bildirilir ki, çövkən atüstü oyunu haqda Dədə Qorqud səlnaməsində, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında qeyd olunan tarixi məlumatlara rast gəlmək olar. Eyni zamanda, güləş, boks, cüdo, şahmat və sair  individual idman növlərində bütün dünyada məşhur idmançılar yetirmiş Azərbaycanda, futbolun kütləvi şəkildə çox sevilən idman növü olmasından söz açılır, Azərbaycanın ən məşhur futbol komandasının isə məhz “Qarabağ” futbol klubunun olduğu diqqətə çatdırılır.

Məqalədə qeyd edilir ki, son on ildən çox müddətdə Azərbaycanda müxtəlif miqyaslı yüzlərlə beynəlxalq idman yarışları, o cümlədən Avropa və dünya birincilikləri çox yüksək səviyyədə keçirilmişdir. Müəllif xüsusi olaraq vurğulayır ki, Böyük beynəlxalq idman tədbirlərinin mükəmməl təşkilinə görə, habelə idmançılar və bütün qonaqların ehtiyaclarının lazımı şəkildə qarşılanmasına zəmanət verə bildiyi üçün Azərbaycan dünya miqyasında vacib idman ölkəsi kimi böyük nüfuz və etimad qazanmışdır. Bu xüsusda həmçinin, Bakıda keçirilmiş Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula-1 yarışları barədə məlumat verilir və öz növbəsində bütün bunların beynəlxalq olimpiya ailəsi tərəfindən Azərbaycana olan marağın daha da böyüməsinə və ölkəmizin irimiqyaslı beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsinə səbəb olduğu vurğulanır.

Məqalədə, həmçinin son zamanlarda Azərbaycan və Kuba arasında idman sektorunda uğurlu əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindən söz açılır. Bu xüsusda, iki ölkənin yunan-roma və sərbəst güləş üzrə yığma komandalarının 2016-cı ilin may ayında Azərbaycanda birgə təlim-məşq toplantıları keçirməsi, həmçinin Bakıda ötən ilin sentyabr ayında Azərbaycan və Kuba Şahmat Federasiyaları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması barədə məlumat verilir.   

Məqalənin elektron keçidi:

http://bohemia.cu/deportes/2017/05/una-gran-cita-deportiva-en-una-nacion-en-alza

S.Xankişiyeva

Paylaş:
421

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər