Ombudsman aparatının nümayəndələri hərbi hissələri ziyarət ediblər
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilinin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri “N” nömrəli hərbi hissələri ziyarət ediblər.
1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Murad Babayev hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.
Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibatı otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.
Babək Cahandarov