Paris Azərbaycan Evi: ÜAK-la bağlı qərar yanlış və qərəzlidir | 1news.az | Xəbərlər
Siyasət

Paris Azərbaycan Evi: ÜAK-la bağlı qərar yanlış və qərəzlidir

12:42 - 23 / 05 / 2017
Paris Azərbaycan Evi: ÜAK-la bağlı qərar yanlış və qərəzlidir

Paris Azərbaycan Evi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bəyanatda deyilir:

“Ümumrusiya Azərbaycan Konqresi ətrafındakı vəziyyət bizi - xaricdə yaşayan bütün azərbaycanlıları çox narahat edir və bizim bu məsələ ilə bağlı öz mövqeyimizi ifadə etmək borcumuzdur”.

Bəyanat müəllifləri hesab edir ki, Rusiya Federasiyası Ali Məhkəməsinin Ədliyyə Nazirliyinin təqdimatına əsasən 15 may 2017-ci il tarixində Ümumrusiya Azərbaycan Konqresinin ləğvinə dair qərarı subyektiv xarakter daşıyır və hazırkı müddəalar ÜAK kimi böyük və əhəmiyyətli təşkilatın ləğvinə əsas ola bilməz.

Bəyanatda Rusiya ilə Azərbaycan arasında əsrlər boyu davam edən münasibətlərin dostluq və mehriban qonşuluq dəyərlərinə əsaslandığı xatırladılır. Vurğulanır ki, Rusiyada yaşayan çoxmilyonlu Azərbaycan icması ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında fəal iştirak edir, həmçinin bu insanlar seçkilərdə səsvermə hüququna malikdir və məsuliyyətli vergi ödəyicisidirlər. Ümummilli lider Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılmış Ümumrusiya Azərbaycan Konqresi isə Azərbaycan icması ilə iki ölkə arasında, eləcə də iki xalq arasında körpü rolunu oynayıb.

Diaspor nümayəndələrinin fikrincə, hazırda belə bir təşkilatın bağlanması haqqında qəbul edilmiş qərar Rusiya Azərbaycan arasında dövlətlərarası əlaqələrə kölgə sala bilər: 

“Ona görə də biz, Paris Azərbaycan Evi kimi, dünya azərbaycanlılarının ciddi narazılıq və gərginlik yaradan Rusiya Federasıyasının Ali Məhkəməsinin qəbul etdiyi qərarı yanlış və qərəzli hesab edirik. Biz həmçinin, Rusiya hökumətinə müraciət edərək Rusiya və Azərbaycan arasında qarşılıqlı münasibətləri təhlükə altında qoyan düşünülməmiş qərarı ləğv etməyə, onları erməni lobbisinin təxribatlarının əsiri olmamağa çağırırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib

Hikmət Hacıyev: ÜAK-ın ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur

Diaspora Komitəsi ÜAK-ın bağlanması ilə bağlı bəyanat verdi

S.Xankişiyeva

Paylaş:
604

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər