Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə müraciət edi | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə müraciət edi

13:42 - 24 / 05 / 2017
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə  müraciət edi

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib.

1news.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, Azərbaycan və Rusiya arasında müxtəlif sahələr üzə  uzun tarixə malik yaxın əlaqələr mövcuddur:

“Bu əlaqələr tək iqtisadi maraqlara deyil, həm də mənəvi və mədəni bağlara əsaslanır. Lakin bu münasibətləri qəbul etməyən qüvvələr - ermənilər daim xalqlarımız arasındakı dostluq əlaqələrinin inkişafına mane olmağa çalışıblar.

Ölkələrimiz arasındakı qarşılıqlı dostluq münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlib. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus icmasının hüquqlarının, mədəni irsinin, rus dilinin, rus təşkilatlarının  müdafiəsi üçün çox vacib addımlar atıb. Azərbaycanın ən böyük diaspor təşkilatının qeydiyyatının ləğvi  multikultural və çoxmillətli  Rusiya cəmiyyətinin xarakterinə ziddir. Bu təşkilatda təmsil olunan azərbaycanlılar Rusiya Federasiyasının vətəndaşlarıdır. Bu təşkilat həm də sizin təşkilatdır”.

Bəyanatda daha sonra deyilir ki, ÜAK ümummilli lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə yaradılıb və qeydiyyatın ləğvi iki ölkə arasındakı əlaqələrə mənfi təsir göstərə bilər. Şimali Kiprdəki Azərbaycan diasporu ümid edir ki, iki xalqın dostluq və qardaşlıq münasibətlərinə kölgə sala biləcək bu qərara yenidən baxılacaq və ədalətli addım atılacaq.

Pərvanə Sultanova

Paylaş:
791

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər