Britaniya nəşri: Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti İslam dünyası üçün yeni modeldir | 1news.az | Xəbərlər
Siyasət

Britaniya nəşri: Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti İslam dünyası üçün yeni modeldir

14:45 - 24 / 05 / 2017
Britaniya nəşri: Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti İslam dünyası üçün yeni modeldir

Həm İslam, həm də Qərb dünyasında müxtəlif məzhəblərin və etnik qrupların birgəyaşayışı üçün getdikcə artan təhlükə fonunda insanları birləşdirmək məqsədilə yeni model yaratmaq zamanı çatıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə yazıçı Müdəssər Əhmədin “Huffington Post” jurnalının Britaniya bölməsində dərc olunan məqaləsində yazılıb.

Müəllif qeyd edir ki, pis sosial əlaqələr, səmərəli asudə vaxtın yoxluğu və aşağı özünüqiymətləndirmə gənc insanların terror qruplaşmalarına cəlb olunmasını daha da asanlaşdırır:

 “Gənclərin radikallaşması müxtəlif amillərlə izah olunur. Müsəlman dünyasındakı yoxsulluq və münaqişələr gəncləri ekstremist təbliğatçıların rahat qurbanına çevirir. Ona görə də inkişaf potensialını reallaşdırmaq üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzvünün hər biri uzun yol qət etməlidir”.

Müəllifin sözlərinə görə, bu həftə başa çatmış IV İslam Həmrəyliyi Oyunları İƏT-in müxtəlif üzv ölkələrindən olan gənc müsəlman idmançıları - kişi və qadın idmançıları birləşdirdi. Bununla yanaşı, Azərbaycan hökuməti öz xərclərini qarşılaya bilməyən yoxsul ölkələrdən olan idmançılara da dəstək göstərdi.

Məqalədə qeyd olunur ki, IV İslam Həmrəyliyi Oyunlarının əsas mövzularından biri də qadınların hüquqları və imkanlarının genişləndirilməsi idi. Təsadüfi deyil ki, bu Oyunlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında təşkil olunmuşdu.

Müəllif yazır ki, Birinci xanım qismində Mehriban Əliyeva uzun illərdir ki, YUNESKO və İSESKO-nun tək qadın xoşməramlı səfiri olaraq mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu dəstəkləyir, həm Bakıda, həm də xaricdə mədəniyyətlərarası dialoqa xidmət edən xeyriyyə tədbirlərinə təşəbbüs göstərir.

Məqalədə sonra bildirilir:

“BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir İƏT-ə üzv ölkələrin görüşünün açılış mərasimində vurğulayıb ki, bu cür irimiqyaslı beynəlxalq tədbirin keçirilməsinə cavabdeh olan qadın Birinci vitse-prezidentin rolu qadın hüquqları uğrunda mübarizənin ən vacib problem olduğu İslam dünyası üçün yeni modeldir”.

S.Xankişiyeva

Paylaş:
723

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər