Bank of Baku nağdsız əməliyyat sayına görə lider bank oldu - FOTO
MasterCard 2016-cı ilin uğurları çərçivəsində keçirdiyi mükafatlandırma mərasimində Bank of Baku-nu "MasterCard kartlarının dövriyyəsi içində nağdsız əməliyyat payı ən yüksək olan bank" nominasiyasında ölkənin lider bankı elan edib.
Bununla əlaqədar olaraq, mükafatlandırma mərasimində Bank of Baku-ya xüsusi sertifikat təqdim edilib. Bank of Baku-nun bu sahədə uğur qazanmasında ölkənin ilk taksit kartı Bolkart layihəsinin və korporativ bankçılıq sahəsində son dövrlərdə həyata keçirdiyi İŞKART və əmək haqqı kartı layihələrinin rolu kifayət qədər böyükdür.
Qeyd edək ki, Bank of Baku artıq 10 ildən çoxdur ki, müştəriləri üçün MasterCard beynəlxalq kartlarının istifadəsinə şərait yaradıb.
Daha ətraflı:
145 məlumat mərkəzi