Məktəblilər hərbi dənizçilərin qonağı olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblilər hərbi dənizçilərin qonağı olub – FOTO

11:09 - 24 / 05 / 2017
Məktəblilər hərbi dənizçilərin qonağı olub – FOTO

Bakı şəhəri Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin şagirdləri Hərbi Dəniz Qüvvələri bazasını ziyarət ediblər.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, hərbi hissə və təlim gəmisinə baş çəkən məktəblilər matroslarla görüşüb, onların məşqlərini izləyib və sosial-məişət şəraitləri ilə tanış olublar.

Şagirdlər şəxsi heyət qarşısında vətənpərvərlik şeirləri və mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

Babək Cahandarov

Paylaş:
641

Son xəbərlər

Türkiyədə zəlzələ olub

03 / 11 / 2025, 17:29
Bütün xəbərlər