Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıla bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıla bilər

11:04 - 24 / 05 / 2017
Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıla bilər

Azərbaycan Beynəlxalq Bankı (ABB) dünən Londonda bankın xarici kreditorları ilə keçirilən görüşə münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimov görüşün gözlənildiyindən də konstruktiv keçdiyini deyib.

Onun sözlərinə görə, görüş barədə yayılmış press-relizdə də göstərildiyi kimi, bankın xarici kreditorlarına üç istiqamət üzrə təkliflər təqdim olunub. Xarici öhdəliklərin restrukturizasiyası prosesi plana uyğun şəkildə davam etdiriləcək.

Bu görüşdən sonra yaxın günlərdə hansı gözləntilərin olmasına gəlincə, A.İbrahimov qeyd edib ki, xarici ölkələrdə eyni prosesi keçmiş başqa bankların təcrübəsinə istinad edilsə, yaxın günlərdə ABB-nin reytinqlərinə yenidən baxılması gözləniləndir:

“Ola bilər ki, beynəlxalq reytinq agentlikləri bankın reytinqlərini müvəqqəti aşağı salsınlar. Bunun bu günlərdə baş verməsi ehtimal edilir. Amma bu, bankın vəziyyətinin pisləşməsinə dəlalət etmir. Bundan əvvəl də qeyd etdiyimiz kimi, belə bir yanaşma agentliklər tərəfindən tətbiq edilən ənənəvi qaydadır. Bu, restrukturizasiya prosesində agentliklərin standartlarını və normal praktikasını əks etdirir. Restrukturizasiya prosesi keçən bankın reytinqləri aralıq mərhələdə bir qayda olaraq müvəqqəti aşağı salınır. Proses bitdikdən sonra isə yüksəlir”.

Onun sözlərinə görə, restrukturizasiya prosesi Azərbaycan Beynəlxalq Bankının maliyyə mövqeyini gücləndirəcək və bankın reytinqləri əvvəlkindən də yüksək səviyyədə olacaq:

“Azərbaycan dövləti hər zaman Azərbaycan Beynəlxalq Bankının yanındadır və banka dəstəyini davam etdirir. Öhdəliklərin restrukturizasiyası planının elan olunması da bu bankın gələcəyinə doğru çox mühüm addımdır. Bu, kreditorlarımıza bizimlə birgə çalışmaq, Azərbaycan Beynəlxalq Bankının uğurlarına, stabil inkişafına və dayanıqlılığına əmin olmaq üçün yol xəritəsi təqdim edir. Biz restrukturizasiya prosesinin uğurla başa çatacağına tam əminik. Azərbaycan Beynəlxalq Bankı bu proses nəticəsində əvvəlkindən də yüksək maliyyə mövqeyinə malik olacaq”.

A.İbrahimov bildirib ki, restrukturizasiya prosesində bank bütün əməliyyatları normal rejimdə davam etdirəcək:

"Azərbaycan Beynəlxalq Bankı öz müştərilərinə əvvəlki kimi yenə də tam və yüksək keyfiyyətlə xidmət göstərəcək".

S.Xankişiyeva

Paylaş:
1086

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər