Britaniya səfiri: Terrorizm heç vaxt qalib gəlməyəcək | 1news.az | Xəbərlər
Siyasət

Britaniya səfiri: Terrorizm heç vaxt qalib gəlməyəcək

12:06 - 24 / 05 / 2017
Britaniya səfiri: Terrorizm heç vaxt qalib gəlməyəcək

Terrorizm heç vaxt qalib gəlməyəcək, biz qalib gələcəyik.

1news.az-ın məlumatına görə, bunu jurnalistlərə Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts bildirib. O deyib ki, Mançesterdə törədilmiş dəhşətli terror aktında 22 nəfər həlak olub, 59 nəfər yaralanıb:

“Azərbaycan Prezidenti Britaniya hökumətinə başsağlığı verən ilk liderlərdəndir. Biz bunu yüksək qiymətləndiririk". 

Səfir bildirib ki, britaniyalılar liberal dəyərləri və plüralizmi nifrət ideologiyasından üstün tutmaqda davam edəcək: “Bu dəhşətli hücuma baxmayaraq, biz başımızı uca tuturuq”.

Pərvanə Sultanova

Paylaş:
800

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər