Britaniyanın Bakıdakı səfirliyində xatirə kitabı açılıb | 1news.az | Xəbərlər
Siyasət

Britaniyanın Bakıdakı səfirliyində xatirə kitabı açılıb

12:31 - 24 / 05 / 2017
Britaniyanın Bakıdakı səfirliyində xatirə kitabı açılıb

İngiltərənin Mançester şəhərində baş vermiş terror aktı nəticəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

1news.az-ın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Fələstin səfiri Hasir Əbdül Kərim, BMT-nin Bakı ofisinin rəhbəri Qulami İsaqzai, Hindistan səfiri Sancay Rana, Qazaxıstan, Türkmənistan və digər ölkələrin diplomatları xatirə kitabına ürək sözlərini yazıblar.

Xatirə kitabı 24-25 may tarixlərində saat 10:00-12:00 və 14:00-16:00 arası açıq olacaq.

Hadisə ilə əlaqədar səfirliyin qarşısındakı bayraq yarıya qədər endirilib.

Xatırladaq ki, mayın 23-də İngiltərənin Mançester şəhərində baş vermiş terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Pərvanə Sultanova

Paylaş:
766

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər