Rusiyadakı qazax diasporu: ÜAK-ın ləğvinin arxasında ruslarla azərbaycanlılar arasında münasibətlərə xələl gətirməyə çalışanlar dayanır
Rusiyada fəaliyyət göstərən qazax diasporunun qeyri-hökumət təşkilatının Moskva Fondu Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.
1news.az-ın verdiyi xəbərə görə, bəyanatda qeyd edirlir ki, Rusiyada nüfuzlu ictimai təşkilatlardan biri kimi ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib:
“Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin Rusiyada, eləcə də keçmiş Sovetlər Birliyinin digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanılmasında, dövlətlər arasında konstruktiv əməkdaşlığın inkişafında maraqlı olub.
Rusiyanın Ali Məhkəməsi tərəfindən təşkilatın qeydiyyatının ləğv edilməsinin təəssüf doğurur. Baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla, azərbaycanlılar arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır.
Şübhə yoxdur ki, Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi ruslar və possovet ölkələrindəki xalqların ölkənin dövlət qurumlarının dövlətlərarası münasibətlərin inkişafına üzrə əməkdaşlığına, eləcə də Avrasiya xalqlarının sülh və inkişafın möhkəmlənməsinə kölgə sala bilər”.
Mövzu ilə əlaqədar oxuyun:
Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib
Hikmət Hacıyev: ÜAK-ın ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur
Diaspora Komitəsi ÜAK-ın bağlanması ilə bağlı bəyanat verdi
Türkiyədəki Azərbaycan diasporu: ÜAK-ın bağlanması qəbulolunmazdır
S.Xankişiyeva