"Aİ münaqişə tərəflərini danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb" | 1news.az | Xəbərlər
Siyasət

"Aİ münaqişə tərəflərini danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb"

21:48 - 25 / 05 / 2017
"Aİ münaqişə tərəflərini danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb"

Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsi zonasında insan itkisi ilə nəticələnən  silahlı insidentlərdən narahatdır”. 

1news.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu İrəvanda səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Devid Makallister bildirib.  

 Onun sözlərinə görə, Aİ münaqişə tərəflərini ATƏT-in Minsk qrupunun təklifləri əsasında danışıqları qeyd-şərtsiz bərpa etməyə çağırıb.  

“Dağlıq Qarabağdakı status-kvo möhkəm deyil. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Beynəlxalq hüququn əsasında uzunmüddətli nizamlanma gərəkdir. Aİ tərəfləri atəşkəs rejiminə  və münaqişənin dinc yolla nizamlanmasına dair öhdəliklərinə riayət etməyə  çağırır. Biz Minsk qrupunun bu istiqamətdə səylərini dəstəkləyirik”, - deyə komitə rəhbəri qeyd edib.

1news.az

 

 

 

Paylaş:
855

Son xəbərlər

Bütün xəbərlər