Samsung-dan Wind-Free™ kondisionerləri – “küləksiz” soyutmanın komfortu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung-dan Wind-Free™ kondisionerləri – “küləksiz” soyutmanın komfortu

11:41 - 25 / 05 / 2017
Samsung-dan Wind-Free™ kondisionerləri – “küləksiz” soyutmanın komfortu

Kondisionerdən gələn soyuq hava kütləsinin üstünüzə vurduğu üçün boynunuzda yaranan  kəskin ağrı hissi və xəstəlik səbəbindən yay aylarının sizdən xəbərsiz keçməsi kimi hallar çox güman ki, hər kəsə tanışdır.

Lakin hər problemin bir həlli olduğu kimi, bu problemin də həllini Samsung şirkəti təqdim etdi. Las-Veqasda keçirilən, CES 2017 istehsalat elektro-texnikası sərgisində Samsung ilk divarüstü Wind-Free™ kondisionerini təqdim edib. Unikal Wind-Free™ soyutma texnologiyası, otağın daha effektiv soyudulmasını birbaşa soyuq hava axını diskomfortu yaratmadan təmin edir. Həmçinin bu texnologiya ilə işləyən kondisionerlər daha az elektrik enerjisi sərf edir.

Bundan sonra kondisionerin otağın hansı hissində yerləşdirilməsi, otağın bir hissəsinin deyil, bütün ərazisinin soyudulması və ən əsası isə yaxınlarınızın üstünə soyuq hava kütləsinin vurmaması kimi çətinliklər haqda düşünməyə ehtiyac qalmayacaq. Yeni “üçbucaq” dizaynı sayəsində Samsung kondisioneri daha böyük həcmdə hava toplayan enli hava qəbuledicisi ilə təchiz olunub. Çıxış dəliyinin optimal eni və bucağı, V-formalı istiqamətləndiricilər və  əvvəlki modellərdən 22% daha böyük ventilyatorla təchiz olunması sayəsində bu kondisionerlər, otağın bütün sahəsinə effektiv yayılan sürətli soyutma gücünə malikdir.

Xəstələnməyəsiniz deyə, yatdıqdan sonra gizlicə kondisioneri söndürən qayğıkeş analar üçün Samsung-un şad xəbəri var. Yeni nəsil Samsung kondisionerləri 21 min mikroskopik dəlikdən soyudulmuş havanı otağa yayan, Wind-Free™ soyutma texnologiyası sayəsində komfortlu temperaturu saxlayaraq, otaqlarda ideal iqlimi təmin edir. İkipilləli sistem, əvvəlcə FastCoolingMode, sürətli soyutma rejimində havanı soyudur, arzu olunan temperatur dərəcəsinə çatdıqdan sonra isə avtomatik olaraq, uyğun temperaturu “hərəkətsiz axın”-la təmin edən Wind-Free™ rejiminə keçir.

Wind-Free™ texnologiyasının iş prossesi ilə əyanı sürətdə Samsung-un rəsmi YouTube kanalında «TheWind-Free™* Experiment» adlı çarxa baxmaqla tanış ola bilərsiniz. Çarx, termo-kağızdan hazırlanmış balaca “dəyirmanlar” üzərində eksperimentdən bəhs edir.

Həmçinin, qeyd etmək lazımdır ki, bu cür “küləksiz” yanaşma nəinki rahatlığı artırır, həm də  sürətli soyutma rejimi ilə müqayisədə elektrik enerjisinin istifadəsini 70% azaldır.

Yeni POWERboost™ texnologiyalı 8-qütblü rəqəmsal Samsung invertorunun istifadəsi, burulma anının titrəyişini kiçildərək, ümumi enerji istifadəsini və kompressorun maksimal sayda dövriyyəyə sərf etdiyi vaxtı azaldır. Adi dildə desək, tələb olunan temperatura çataraq kondisioner “sönmür”, əksinə uyğun temperaturu qoruyub saxlayaraq, komfortlu mühit yaradır. 

Çoxlu elektrik enerjisi tələb edən, sönmə-yanma dövriyyəsi baş vermədiyinə görə, siz enerji hesablarında qənaət edirsiniz. Yeni Samsung kondisionerləri, çox faydalı olan, uzaqdan idarə olunma üçün  Wi-Fi modul ilə təchiz olunublar.

Yayın istisində shoppingdən sonra, ancaq kondisionerlə soyudulmuş evə gəlib çatmaq haqda fikirləşirik. SamsungSmartHomesmartfon əlavəsi ilə indi bu çox asandır. Bu əlavə, kondisioneri yandırıb/söndürməyə, temperaturu tənzimləməyə, ayarları dəyişməyə və real zamanda enerji sərfiyyatına nəzarət etməyə imkan yaradır. Həmçinin, SamsungSmartHome-dan internet vasitəsi ilə dünyanın istənilən nöqtəsindən kondisionerdə olan nasazlıqları da aradan qaldıra bilərsiniz.

Samsung kondisionerləri haqda əlavə məlumatı «BakuElectronics» mağazalar şəbəkəsindən ala bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1998

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər