NATO PA-nın yaz sessiyasında dövlətlərin ərazi bütövlüyü məsələsi də diqqət mərkəzində olacaq | 1news.az | Xəbərlər
Siyasət

NATO PA-nın yaz sessiyasında dövlətlərin ərazi bütövlüyü məsələsi də diqqət mərkəzində olacaq

14:53 - 26 / 05 / 2017
NATO PA-nın yaz sessiyasında dövlətlərin ərazi bütövlüyü məsələsi də diqqət mərkəzində olacaq

NATO Parlament Assambleyasının Tbilisidə keçiriləcək yaz sessiyasında bir sıra mühüm məsələlər, o cümlədən dövlətlərin ərazi bütövlüyü məsələsi diqqət mərkəzində olacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirlər NATO PA-nın Tbilisidə keçiriləcək yaz sessiyası ilə əlaqədar təşkil olunmuş mətbuat konfransında bildirilib.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, Avratlantik strukturlara inteqrasiya ölkəsinin xarici siyasətinin prioritetlərindəndir. NATO PA-nın yaz sessiyasının Tbilisidə keçirilməsi bu proseslərin daha da sürətlənməsinə səbəb olacaq.

NATO PA-nın prezidenti Paolo Ali sessiyada müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, qəbul olunacaq sənədin və tövsiyələrin bütün ölkələr üçün vacib olduğunu bildirib. O deyib ki, dünyada baş verən proseslər, mövcud münaqişələr hamını ciddi narahat edir. Biz dünyada, eləcə də Qafqazda sülhün bərqərar olmasını istəyirik.

Sonra Paolo Ali Gürcüstanın NATO-ya üzvlüyü, regiondakı təhdidlər, kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı sualları cavablandırıb.

Qeyd edək ki, mayın 26-dan 29-dək Tbilisidə NATO PA-nın yaz sessiyası keçiriləcək.

Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

S.Xankişiyeva

Paylaş:
812

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər