Stiv Kohen: Azərbaycan beynəlxalq təhlükəsizlik və terrorçuluqla mübarizədə ABŞ-ın əsas tərəfdaşıdır | 1news.az | Xəbərlər
Siyasət

Stiv Kohen: Azərbaycan beynəlxalq təhlükəsizlik və terrorçuluqla mübarizədə ABŞ-ın əsas tərəfdaşıdır

09:00 - 26 / 05 / 2017
Stiv Kohen: Azərbaycan beynəlxalq təhlükəsizlik və terrorçuluqla mübarizədə ABŞ-ın əsas tərəfdaşıdır

ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen Azərbaycanın milli bayramı - Respublika gününün 99-cu ildönümü münasibətilə bəyanatla çıxış edib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, konqres üzvü bəyanatında Azərbaycanın 1918-ci ildə müsəlman aləmində ilk dünyəvi parlamentli respublika qurduğu, onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığı və qadınlara səsvermə hüququ verən ilk müsəlman dövlət kimi tarixə düşdüyünü bildirib.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən Konqres üzvü ölkəmizin bir çox çətinliklərlə üzləşdiyini, Dağlıq Qarabağ və ətraf 7 rayon daxil olmaqla torpaqlarının 20%-nin Ermənistan tərəfindən işğal edildiyini, habelə BMT TŞ-nin erməni qoşunlarının bu torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini vurğulayıb.

Daha sonra bəyanatda Azərbaycanın beynəlxalq təhlükəsizlik, terrorçuluqla mübarizə, nüvə silahlarının yayılmaması kimi sahələrdə ABŞ-ın əsas tərəfdaşı olduğu qeyd olunub. Azərbaycanın İraq, Kosovo, habelə Əfqanıstanla bağlı əməliyyatlara verdiyi töhfə vurğulanıb. Bundan əlavə, ölkəmizin Xəzər dənizinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynadığı və Cənub Qaz Dəhlizinin gələcəkdə ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə önəmli töhfə verəcəyi qeyd olunub.

Sonda Azərbaycanın müsəlman ölkəsi olmasına rəğmən İsraillə sıx əlaqələrə malik olduğu və İsrailin neft istehlakının 40%-nin Azərbaycan tərəfindən təmin edildiyini vurğulayan Konqres üzvü, çoxsaylı yəhudi və xristian icmalarının sülh şəraitində yaşadığı Azərbaycan cəmiyyətinin güclü dini tolerantlıq ənənələrinə malik olduğunu vurğulayıb.

S.Xankişiyeva

Paylaş:
773

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər