Neftin qiyməti 5%-dən çox aşağı düşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti 5%-dən çox aşağı düşüb

09:33 - 26 / 05 / 2017
Neftin qiyməti 5%-dən çox aşağı düşüb

OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı neftin ucuzlaşmasını sürətləndirib və “qara qızıl”ın qiyməti artıq 5 faizdən çox aşağı düşüb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, saat 22.41-ə olan məlumata görə, Brent markalı neftin iyul füçerslərinin dəyəri 4,82 faiz aşağı düşərək 1 barelə görə 51,36 dollar olub.

WTI neftinin dəyəri isə 4,98% aşağı düşərək 1 barelə görə 48,80 dollar təşkil edib. Bundan əvvəl də neftin qiyməti 5 faizdən çox aşağı düşmüşdü.

Qeyd edək ki,  ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərar qəbul ediblər. Azərbaycan qərarı dəstəkləyib.

S.Xankişiyeva

Paylaş:
795

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər