Mübariz Əhmədoğlu: Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsi barədə gələcək nəsilləri aldatmağa başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsi barədə gələcək nəsilləri aldatmağa başlayıb

10:33 - 26 / 05 / 2017
Mübariz Əhmədoğlu: Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsi barədə gələcək nəsilləri aldatmağa başlayıb

Ermənistan prezidenti S.Sərkisyanın yeni parlamentin ilk iclasında Dağlıq Qarabağı mövzusunda səsləndirdiyi fikirlər kifayət qədər bu gün və gələcək prizmasından diqqəti çəkir. Təxminən 10 aydan sonra prezidentlikdən istefa verməlı olan, amma hakimiyyəti əlindən buraxmaq istəməyən S.Sərkisyan Dağlıq Qarabağ tənzimlənməsi barədə gələcək nəsilləri aldatmağa başladı.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezidenti S.Sərkisyanın yeni parlamentin ilk iclasında çıxışı ilə bağlı xəbəri şərh edərkən bildirib:

“S.Sərkisyanın bu çıxışında 3 etiraf və bir kütlük nişanəsi var idi. S.Sərkisyan son 20 ildə danışıqlarda heç bir uğur əldə etmədiklərini, siyasi–diplomatik fiaskoya uğradıqlarını etiraf etdi.  20 il ərzində Azərbaycan və Ermənistana Paket (iyun 1997), Mərhələli (sentyabr 1997), “Ümumi dövlət” (noyabr 1998), Madrid (noyabr-dekabr 2007-2008) və Yenilənmiş Madrid Prinsipləri (iyul 2009) variantları təqdim edilib. Madrid prinsiplərini ATƏT MQ həmsədr ölkələrinin xarici işlər nazirləri, Yenilənmiş Madrid Prinsiplərini isə ATƏT MQ həmsədr ölkə prezidentləri təsdiqləyiblər.

S.Sərkisyana görə bu variantların heç biri Ermənistanın maraqlarına cavab vermirmiş. Millətlərin öz müqəddəratını təyinetmə prinsipi barədə Ermənistanın dedikləri uydurma olduğunu etiraf etdi. Rəsmi Yerevan Afrikada kolonializmin ləğvi ilə bağlı BMT qətnaməsinə istinad edirmiş. Siyasi davranış baxımından Ermənistan Afrika dövləti ola bilər, amma coğrafiyada o, Avrasiyadadır.

Prezident S.Sərkisyan Kazan sənədinin (iyun 2011) son işçi sənəd olduğunu bildirdi. Bununla o, ATƏT MQ-ni aldatdıqlarını rəsmən etiraf etdi. Çünki həmsədr ölkə prezidentlərinin 5 bəyanatından 3-ü Kazan danışıqlarından sonra qəbul edilib. Ermənistan ən azı 10 dəfə “Yenilənmiş Madrid Prinsiplərini” və həmsədr ölkə prezidentlərinin 5 bəyanatını (“Yenilənmiş Madrid Prinsiplərinin”  Ermənistan üçün nəzərdə tutulmuş digər adı. Ermənistanda “Yenilənmiş Madrid Prinsipləri” termini qıcıq yaradır.) tənzimlənmə üçün əsas kimi qəbul etdiyini rəsmən bəyan edib. Kazan sənədindən sonra 2012-ci ildə Sankt–Peterburq sənədi təqdim edildi: Bu sənədin əsas qayəsi razılaşdırılmış və razılaşdırılmamış məsələləri qruplaşdırmaq və sənəd imzalamaq idi. Qəbul edilmədi”.

Politoloqun fikrincə, Kazan sənədi ilə bağlı S.Sərkisyanın dedikləri də başdan-ayağa yalandır:

“Çünki Kazan sənədi Madrid prinsipləri (2007-ci il) ilə Yenilənmiş Madrid Prinsipləri (2009-cu il) arasında ortaq məxrəc tapmağa çalışan aralıq variantdır. Ermənistan həmsədr ölkə prezidentlərinin 5 bəyanatının tənzimləmə üçün əsas kimi qəbul etdiklərini sonuncu dəfə 2016-cı ildə təsdiqləyib. S.Sərkisyanın  kütlüyünün və çarəsizliyinin nişanəsi: Kazan sənədi qüvvədədir, çünki ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən arxivə verilməyib. Bu nə arqumentasiyadır?! Prezident bu fikirləri hansısa tədbirdə deyil, məhz parlamentdə səsləndirib.

Bu gün işçi sənəd Yenilənmiş Madrid Prinsipləridir. “Lavrov planı” deyilən variant da Yenilənmiş Madrid Prinsipləri əsasında hazırlanıb. Əslində “Lavrov planı” V.Putinin Yenilənmiş Madrid Prinsiplərini modernləşdirdiyi variantdır. Putinin modern variantına görə Dağlıq Qarabağ münaqişəsi iki deyil, üç mərhələli variantda həll olunmalıdır. Birinci mərhələdə beş rayon Azərbaycana qaytarılır. İkinci mərhələdə Laçın, Kəlbəcər Azərbaycana qaytarılır və bununla yanaşı Laçın koridorunun texniki parametrləri razılaşdırılır. Üçüncü mərhələdə isə Dağlıq Qarabağın statusu müəyyənləşir”.

M.Əhmədoğlunun fikrincə, Kazan sənədində Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratını təyinetmə hüququnun verilməsi ilə bağlı dediyi S.Sərkisyanın həm bugünkü,  həm də gələcək nəsil üçün yalanıdır:

“Çox yaxşı olar ki, S.Sərkisyan erməni xalqının gələcək nəsilləri qarşısında səmimi olsun və Dağlıq Qarabağ tənzimlənməsində Dağlıq Qarabağ azərbaycanlılarının rolu barədə gələcək nəsillərə açıqlama versin; Beynəlxalq hüquq və şərait heç vaxt azərbaycanlıların Dağlıq Qarabağdan deportasiyasını leqitimləşdirən sənəd qəbul edə bilməz; Havadarlı və ya havadarsız Ermənistan heç vaxt Azərbaycandan güclü ola bilməz; Beynəlxalq və regional şərait Azərbaycanın ziyanına, Ermənistanın  xeyrinə olmayacaq;

S.Sərkisyanın L.Ter-Petrosyanın variantına münasibəti də kifayət qədər əcaib yanaşmadır. L.Ter-Petrosyanın variantı reallaşacağı təqdirdə ermənilərin Dağlıq Qarabağı Azərbaycana qaytarması mümkün idi. Amma bunun əvəzində ermənilər Azərbaycandan Türkiyəyə doğru gedən neft- qaz kəmərləri və dəmir yolu üzərində monopol olacaqdılar. Çünki bu kəmərlər və dəmir yolu Gürcüstanın deyil, məhz Ermənistanın ərazisindən keçəcəkdi.

Həmin rıçaq vasitəsilə  Ermənistan hətta yenidən Dağlıq Qarabağı özünə qaytarmaq imkanına malik ola bilərdi. Ter-Petrosyan variantının reallaşmaması Azərbaycanın bəxtinin gətirməsi anlamındadır. Amma ədalət naminə deyək ki, Azərbaycanın bəxti məhz ona görə gətirdi ki, Ermənistanda S.Sərkisyan və R.Köçəryan kimi şəxslər siyasi elitanın başında idilər. İndiki dövrdə Ermənistanla Azərbaycan arasındakı əməkdaşlıq olacağı halda da, o əvvəlki tutumda, mahiyyətdə ola bilməz”.

S.Xankişiyeva

Paylaş:
767

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər