"Мi-8" helikopteri Çilov adasına məcburi eniş edib
Bu gün "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.
Bu barədə 1news.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin, hava gəmisi də zərər görməyib.
"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.
Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters Aviaşirkəti"nin digər helikopterləri ilə çatdırılacaq.
Hazırda hadisənin araşdırılması ilə bağlı xüsusi komissiya yaradılıb.
1news.az
748