Yevlaxda ağır qəza: ölən və yaralanan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxda ağır qəza: ölən və yaralanan var

14:26 - 29 / 05 / 2017
Yevlaxda ağır qəza: ölən və yaralanan var

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 27-də saat 1 radələrində Yevlax rayonu ərazisində rayon sakini Vahid Rəsulov idarə etdiyi “VAZ-21015” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini, həmyerlisi Əbdülrəhim Səmədov xəstəxanaya yerləşdiriliblər, Ə.Səmədov mayın 28-də orada ölüb. 

Faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər