Dövlət başçısının ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİB
Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri,
Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Vətəndaşlarınızın rifahı naminə görülən işlərdə Azərbaycana davamlı tərəqqi arzulayıram.
Bu əlamətdar bayram münasibətilə qeyd etmək istərdim ki, ölkələrimiz arasında dostluğa əsaslanan güclü münasibətlər qarşılıqlı maraqları ehtiva edən əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə səciyyələnir. Əməkdaşlığımızın inkişafına verdiyiniz böyük şəxsi töhfənizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm.
Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə San-Marino Respublikasının Kapitan-Regentləri Mimma Zavoli və Vanessa D`Ambrosio, Keniya Respublikasının Prezidenti Uhuru Kenyatta, Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö də təbrik ediblər.
S.Xankişiyeva