Almaniya səfirliyinin əməkdaşı yaralandı, mühafizəçi öldü
Almaniya səfirliyinin əməkdaşı Kabildə baş vermiş partlayışda yaralanıb.
1news.az-ın məlumatına görə, bu barədə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriyel bəyan edib.
Onun sözlərinə görə, səfirliyin əfqan mühafizəçisi isə həlak olub. Hazırda bütün əməkdaşlar təhlükəsiz şəraitdədirlər.
“Biz həlak olan əməkdaşın ailəsinə dərin hüznlə başsağlığı veririk. Vəziyyətə nəzarət etmədə davam edirik”, XİN rəhbəri deyib.
Qeyd edək ki, güclü partlayış prezident sarayı yaxınlığında xarici səfirliklərin binalarının yerləşdiyi ərazidə baş verib. Bir çox binalara zərər dəyib.
Polisdən bildiriblər ki, bomba yüklü avtomobil Almaniya səfirliyinin yaxınlığında partlayıb.
Pərvanə Sultanova
768