Karol Krofts: Azərbaycan Britaniya üçün prioritet ölkə olaraq qalır | 1news.az | Xəbərlər
Siyasət

Karol Krofts: Azərbaycan Britaniya üçün prioritet ölkə olaraq qalır

19:34 - 31 / 05 / 2017
Karol Krofts: Azərbaycan Britaniya üçün prioritet ölkə olaraq qalır

Böyük Britaniya Azərbaycana qoyulan xarici investisiya üzrə lider ölkə olaraq qalır.

1news.az-ın məlumatına görə, bu sözləri  Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts  Bakıda keçirilən XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisi çərçivəsində ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri tərəfindən  təşkil edilən qəbul zamanı deyib. 

Bu sahədə əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu deyən səfir bildirib ki, 400-dən artıq Britaniya şirkəti müxtəlif sahələrədə fəaliyyət göstərir.

“Azərbaycanda daha çox britaniyalı şirkətin fəaliyyət göstərməsi üçün yaxından işləyirik. Azərbaycan Britaniya üçün prioritet ölkə olaraq qalır. Bütün sahələrdə daha sıx əlaqələr yaradırıq. 3 həftə sonra Azərbaycan ikinci dəfə Formula-1-ə ev sahibliyi edəcək. 10 Formula-1 komandasından 8-i Britanyada yerləşir. Bu sahə neft və qaz sahələri kimi Britaniyada çox məşhurdur”- deyə, səfir qeyd edib.

Pərvanə Sultanova

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər