Robin Danniqan: Cənub Qaz Dəhlizi qlobal bazarda enerji təhcizatının şaxələndirilməsinə təkan verəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Robin Danniqan: Cənub Qaz Dəhlizi qlobal bazarda enerji təhcizatının şaxələndirilməsinə təkan verəcək

20:40 - 31 / 05 / 2017
Robin Danniqan: Cənub Qaz Dəhlizi qlobal bazarda enerji təhcizatının şaxələndirilməsinə təkan verəcək

“Bir çox ölkələr və insanların iştirak etdiyi layihələrdə açıq dialoqun olmasi vacibdir”.

1news.az-ın  məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robin Danniqan İtaliyada Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı yaranan problemlərə münasibət bildirərkən deyib.

“Biz müvafiq ölkələrdə səfirlərimiz və federal hökumət vasitəsi ilə harada ki, dialoqla həll edilə bilən məsələ var onların həllində kömək etməyə hazırıq. Bu layihə istər Avropa, istərsə də qlobal bazarda enerji təhcizatının şaxələndirilməsi, yeni iş yerlərini yaradılması və rəqabətliliyin artmasına təkan verəcək”- deyə, R.Danniqan qeyd edib.

Pərvanə Sultanova

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər