Səfir partlayışda yaralandı | 1news.az | Xəbərlər
Dünya

Səfir partlayışda yaralandı

12:26 - 31 / 05 / 2017
Səfir partlayışda yaralandı

Əfqanıstanın paytaxtı Kabildə baş vermiş partlayışda İranın bu ölkədəki səfiri Mohammad Reda Barhami yaralanıb.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, səfirlik binasına da ciddi  ziyan dəyib.

Səfirliyin digər diplomatları və əməkdaşları zərər çəkməyib.

İranın İRNA dövlət agentliyinin və televiziya kanalının yerləşdiyi binaya da ciddi zərər dəyib.

Qeyd edək ki, partlayış səfirliyin yerləşdiyi binanın 100 metrliyində baş verib. Hadisə nəticəsində 90 nəfərər yaxın adam ölüb, 350 nəfərdən çox isə yaralanıb.

1news.az

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər