FİFA-nın yeni reytinqi: Millimiz 11 pillə irəlilədi | 1news.az | Xəbərlər
İdman

FİFA-nın yeni reytinqi: Millimiz 11 pillə irəlilədi

19:04 - 01 / 06 / 2017
FİFA-nın yeni reytinqi: Millimiz 11 pillə irəlilədi

FİFA milli komandaların yeni reytinqini açıqlayıb.

 

1news.az-ın məlumatına görə, Robert Prosineçkinin çalışdırdığı milli komandamız ay ərzində aktivlərinə əlavə 53 xal yazdıraraq xal sayını 439-a çatdırıb. Bununla da 11 pillə irəliləyən millimiz 76-cı sıraya yüksəlib.

 

Qeyd edək ki, əvvəlki kimi ilk pillədə Braziliya qərarlaşıb. Sonrakı yerlərdə isə Argentina, Almaniya, Çili, Kolumbiya, Fransa, Belçika, Portuqaliya, İsveçrə, Polşa və İspaniya yığmaları qərarlaşıb.

 

Babək Cahandarov

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər