Qadını şantaj edərək 3000 dollar almaq istəyən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadını şantaj edərək 3000 dollar almaq istəyən şəxs tutulub

20:45 - 01 / 06 / 2017
Qadını şantaj edərək 3000 dollar almaq istəyən şəxs tutulub

Qadını şantaj edərək böyük məbləğdə pul istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, mayın 31-də Bakının Yasamal rayonu Mətbuat prospektində Ağcabədi rayon sakini Rakif Quliyev Bakı şəhər sakini E.S (qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 3000 ABŞ dolları alarkən nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Babək Cahandarov

Paylaş:
1019

Son xəbərlər

Bütün xəbərlər