Qaxda sürücü maşını ağaca çırpıb, iki nəfər ölüb

Qax rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən Qax rayonunun Çalayer kəndi ərazisində qeydə alınıb.
Belə ki, Zaqatala rayon sakini Ruslan Murtuzov idarə etdiyi “VAZ-21093” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişini, həmyerlisi Bəhruz Ramazanov hadisə yerində ölüblər.
Babək Cahandarov
610