Qarabağda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib – FOTO

13:44 - 02 / 06 / 2017
Qarabağda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib – FOTO

Ağcabədi rayonunda xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib.

1news.az-ın məlumatına görə, Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”-ndə  keçirilən tədbirdə ARİH əməkdaşı Təyyar Hacıyev, YAP Ağcabədi rayon təşkilatının əməkdaşları Mehman Novruzov və Samir Məmmədov, 5 saylı tam orta məktəbin direktoru Fəridə Allahverdiyeva və 2 saylı körpələr evi-uşaq baxçasının direktoru Səadət Həsənova iştirak ediblər.

Mərkəzin Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı bildirib ki, ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir.

Digər çıxış edən natiqlər də uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar.

Tədbir “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” və 5 saylı tam orta məktəbin balaca fidanların ifasında təqdim edilən musiqi, səhnə və rəqs nömrələri ilə davam edib.

Babək Cahandarov

Paylaş:
1077

Son xəbərlər

Bütün xəbərlər