Səfir: "Fransanın yeni Prezidenti Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırır" | 1news.az | Xəbərlər
Siyasət

Səfir: "Fransanın yeni Prezidenti Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırır"

18:29 - 02 / 06 / 2017
 Səfir: "Fransanın yeni Prezidenti Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət ayırır"

Azərbaycan - Fransa əlaqələrinin inkişafı və şaxələnməsinin davam etdiyi bir dövrdə Emanuel Makron Fransa Prezidenti seçilib. Respublikanın yeni Prezidenti bütün sahələrdə bu dinamizmin davam etməsində şəxsən maraqlıdır.

Bunu 1news.az-a açıqlamasında Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

Onun sözlərinə görə, yüksək səviyyədə siyasi dialoqun səmimi və sıx olması, iqtisadi mübadilələrin inkişafı, Fransa-Azərbaycan Universitetinin yaranması və ya desentralizasiya əməkdaşlığı ilə bağlı pilot komitənin yaranması və digər nailiyyətlər əsasında Fransa höküməti  yaxın aylarda və illərdə çalışacaq ki, iki ölkə arasında partnyorluq əlaqəsi möhkəmlənsin.

Səfir Makronun prezidentliyi dövründə rəsmi Parisin münaqişənin həlli ilə bağlı mövqeyində nə kimi dəyişikliklərin olacağına dair sualı da cavablandırıb:

“Əlbəttə ki, Fransa Respublikasının yeni Prezidenti Dağlıq Qarabağ münaqişəsinə, eləcə də  regionun digər məsələlərinə böyük diqqət ayırır. Fransanın ATƏT- in Minsk qrupunun həmsədri roluna balanslı və qərəzsizlik ruhunda tam şəkildə riayət olunmasında Emanuel Makron hər zaman qətiyyətli olub. Qəbul olunan qarşılıqlı kompromisə doğru irəliləmək üçün amerikalı və rus həmkarları ilə birgə Fransa yaxın aylarda tam gücü ilə işləməyə hazırdır”.

Pərvanə Sultanova

 

 

Paylaş:
982

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər