Eyfel qülləsi Londondakı terror aktı qurbanlarının xatirəsinə işıqlarını söndürəcək | 1news.az | Xəbərlər
Dünya

Eyfel qülləsi Londondakı terror aktı qurbanlarının xatirəsinə işıqlarını söndürəcək

16:47 - 04 / 06 / 2017
 Eyfel qülləsi Londondakı terror aktı qurbanlarının xatirəsinə işıqlarını söndürəcək

Fransa paytaxtı Parisin rəmzi olan Eyfel qülləsi Londonda baş verən terror aktının qurbanlarının xatirəsinə öz işıqları söndürəcək.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi mlumata görə, bu haqda Fransa paytaxtının meri Ann İdalqo bildirib.

Parisin meri öz Twitterində yazıb: "Londonda terror aktı qurbanlarının xatirəsinə bu gecə Eyfel qülləsi öz işıqlarını saat 00:45 söndürəcək".

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.

1news.az

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər