London teraktında şübhəli bilinən 12 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

London teraktında şübhəli bilinən 12 nəfər saxlanılıb

18:10 - 04 / 06 / 2017
London teraktında şübhəli bilinən 12 nəfər saxlanılıb

Böyük Britaniya polisi Londonda baş verən terror aktında iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıb.

1news.az-ın  RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Skotland Yard bildirib.

Polisin bəyanatında deyilir ki, şübhəlilər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər.

Hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparır.

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.

1news.az

 

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər