Vahid Mustafayevin adı hallanan hadisə haqda - Rəsmi açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Vahid Mustafayevin adı hallanan hadisə haqda - Rəsmi açıqlama

18:50 - 04 / 06 / 2017
Vahid Mustafayevin adı hallanan hadisə haqda - Rəsmi açıqlama

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda bir qrup motosikletçinin saxlanılması haqqında yayılan məlumata münasibət bildirib. 

1news.az qafqazinfo-ya istinadla xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov  belə bir hadisənin həqiqətən də baş verdiyini təsdiqləyib. Amma o, xəbərin təhrif olunmuş formada ictimaiyyətə təqdim edildiyini qeyd edib:

“Vəfat edən motosiklet həvəskarı Toğrul Mirzəzadənin yas mərasiminə gedən motosikletçilər Nəcəfqulu Rəfiyev, Afiəddin Cəlilov, Neftçilər və Fəhlə prospektləri ilə hərəkət ediblər. Onlar yolda manevr tələblərini pozub və digər kobud qayda pozuntuları ediblər. Bundan sonra polisin haqlı saxlama əmrinə tabe olmayıblar. Xidmət aparan polis işçiləri qanunvericilikdə tələb edildiyi formada motosikletləri “Xəzər” TV-nin inzibati binasının yaxınlığında saxlayıblar”.

Vaqif Əsədov əlavə edib ki, bağlanan ANS-in keçmiş prezidenti Vahid Mustafayev sözügedən karvanda olmayıb, hadisə yerinə sonradan gəlib:

“Onun düzgün rəftarı və təbliğatı ilə motosiklet sürücüləri nəqliyyat vasitələrini orada qoyub, “hüzn yerinə tələsirik” deyərək məkandan uzaqlaşıblar. Sonradan həmin ərazidəki 10 motosiklet cərimə meydançasına aparılıb”.

Qeyd edək ki, daha öncə yayılan informasiyada V.Mustafayevin də saxlanıldığı və avtobusa mindirilərək hadisə yerindən uzaqlaşdırıldığı yazılmışdı. 

1news.az

 

 

Paylaş:
541

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər