İŞİD Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb – YENİLƏNİB
İŞİD terror qruplaşması şənbə günü Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
1news.az-ın RİA-Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Reyter məlumat verir.
Qeyd edək ki, şənbə günü baş verən terror aktı nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Britaniya polisi insidentlə əlaqədar 12 nəfəri saxlanılıb.
S.Xankişiyeva
20.25
Londonda terror aktı nəticəsində xəsarət alanlardan 21 nəfərin vəziyyəti ağırdır.
1news.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə milli səhiyyə xidmətinin açıqlamasında bildirilir.
“İngiltərə milli səhiyyə xidməti bəyan edir ki, London körpüsündə yaralanan 21 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir”, məlumatda deyilir.
Ötən gecə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.
1news.az