Yaponiya səfirliyi oriqami dərsi təşkil edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaponiya səfirliyi oriqami dərsi təşkil edir

14:11 - 05 / 06 / 2017
Yaponiya səfirliyi oriqami dərsi təşkil edir

Yaponiyanın Azərbaycandakı səfirliyi  iyunun 19-da oriqami dərsi təşkil edəcək.

1news.az səfirliyə istinadla xəbər verir ki, dərsi aparmaq üçün Azərbaycanda yaşayan oriqami üzrə mütəxəssis dəvət olunacaq.

Səfirlikdə baş tutacaq mərasimdə ilk oriqami təcrübəsi əldə edəcək şəxslər üçün ev, köynək, uçan durna oriqamisi hazırlanacaq.

Müraciət edənlərin sayı çox olarsa, qeydiyyatdan keçmiş ilk 30 nəfər iştirak şansı qazanacaq. 10 yaşdan kiçik uşaqların tədbirə böyüklərlə  gəlməsi xahiş olunur.

Pərvanə Sultanova

 

Paylaş:
1134

Son xəbərlər

Bütün xəbərlər