Saatlıda 3 otaqlı ev yanaraq kül oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda 3 otaqlı ev yanaraq kül oldu

14:55 - 05 / 06 / 2017
Saatlıda 3 otaqlı ev yanaraq kül oldu

Saatlı rayonunda evlərdən birində güclü yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu gün gecə saatlarında Saatlı rayonunun Mircəlalkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.

Babək Cahandarov

Paylaş:
783

Son xəbərlər

Bütün xəbərlər