Körfəz böhranı: Qətər niyə təkləndi? | 1news.az | Xəbərlər
Dünya

Körfəz böhranı: Qətər niyə təkləndi?

15:15 - 05 / 06 / 2017
Körfəz böhranı: Qətər niyə təkləndi?

“Qatar ilə Səudiyyə Ərəbistanı arasında günlərdir davam edən böhran altı ölkənin iştirakı ilə son dərəcə sərt bir qərarla yekunlaşdı”.

1news.az xəbər verir ki, bunu türkiyəli ekspert Bora Bayraktar sözügedən qərarı şərh edərkən bildirib.

O deyib ki, Qətər bölgədə təcrid edildi, blokadaya alındı: “Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Liviyanın aldığı qərarın məğzi bundan ibarətdir. Körfəz ölkələrinin Qətərlə diplomatik əlaqələri kəsmək barədə qərarı xəbərdarlıq xarakteri daşıyan passiv bir qərar deyil, əksinə, bu, zəiflədici, aqressiv və tez nəticə əldə etməyə yönəlmiş bir addımdır.

Körfəz ölkələri öz diplomatik elçilərini geri çağırmaqla kifayətlənməyəcək, qətərli diplomatlara 48 saat ərzində həmin ölkələri tərk etmək göstərişi verilib. Qətər vətəndaşlarına isə 14 gün verildi. Qətər Yəməndə husilərə qarşı döyüşən beynəlxalq koalisyondan çıxarılıb. Sözügedən ölkələr hava sahələrini, quru sularını və limanlarını da Dohaya bağlayıblar. Səudiyyə Ərəbistanından Bəsrə körfəzinə uzanan bir yarımada olan Qətər beləcə sözün tam mənasıyla təcrid edildi. Anakara ilə quru əlaqəsi də bağlanılaraq xarici dünya ilə əlaqəsi demək olar ki, kəsildi".

Ekspert bu blokadanın məqsədi və nə kimi nəticələr doğura biləcəyini də açıqlayıb. Onun sözlərinə görə, bu hadisə ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra İrana qarşı aparılan blokada siyasətinin bir nəticəsidir:

“Tramp ötən ay Səudiyyə Ərəbistanına səfəri zamanı bu siyasəti yaxşıca dəqiqləşdirdi və Səudiyyə Ərəbistanı İranın blokadasını mərkəz halına gətirdi. Ər-Riyadla əldə edilən yüz milyardlarla dollarlıq silah razılaşması bunun bir göstəricisidir".

B.Bayraktar bildirib ki, Qətər rəhbərliyi İran ilə daha balanslı əlaqələr qurmağın tərəfdarıdır. Qətər əmirinin daha sonra təkzib edilən "İranın İslam dünyası içində bir güc olduğu" sözləri, ABŞ-a qarşı İranı dəstəkləyən Qətərın Səudiyyə Ərəbistanının hədəfi halına gətirdi.

Qatarın təcrid edilməsinin ikinci səbəbi isə “Müsəlman Qardaşları” təşkilatına həm siyasi, həm də maliyyə dəstəyi verməsidir. Bu da ərəb dünyasına təsir göstərir. Başda Səudiyyə Ərəbistanı olmaqla digər körfəz ölkələri Misirdəki bənzər üsyanın dalğasını təhlükə olaraq görürlər. Buna görə də Qətərin bu cür təşkilatlara verdiyi dəstəyi kəsməsini istəyirlər.

Onun sözlərinə görə, Qətər körfəz ölkələri üçün olduğu qədər Yaxın Şərq neftinin axınını nəzarət altında tutmağa çalışan İngiltərə və ABŞ üçün də əhəmiyyətli bir ölkədir:

"ABŞ Dövlət Departamentinin rəhbəri Rex Tillerson blokada qərarından sonra tərəflərə dialoq çağırışı edib. ABŞ bu böhran sayəsində həm Körfəz Əməkdaşlıq Şurası, həm də tək qalan Qətər üzərindəki təsirini artırmaq fürsəti əldə etmiş oldu”.

Pərvanə Sultanova

 

Paylaş:
1649

Sizin üçün xəbərlər

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər