Metroda yenilik - Xəttə yubiley qatarı buraxılıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Metroda yenilik - Xəttə yubiley qatarı buraxılıb – FOTO – VİDEO

16:10 - 05 / 06 / 2017
Metroda yenilik - Xəttə yubiley qatarı buraxılıb – FOTO – VİDEO

Bu il yarım əsrlik yubileyini qeyd edən Bakı metropolitenində bu əlamətdar hadisə ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdirilən növbəti layihə son illərin ən əhəmiyyətli yeniliklərindən birinə həsr olunub. Belə ki, metropoliten xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb.

1news.az-ın məlumatına görə, ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər elə ilk baxışdan aydın görünür. Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib. Maşinist kabinasının ön hissəsində Azərbaycan Respublikasının dövlət bayrağı əks olunub. Giriş qapıları arasında pəncərə altı orta zolaqda isə “Yarım əsr xidmətinizdə” devizi yer alıb.

Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Bütün bunlar ötən illər ərzində daim yüksək səviyyədə mədəni xidmət göstərmiş və sərnişinlərin etimadını qazanaraq bu illər ərzində onlara doğma olmuş Bakı metropoliteninin yubileyini sərnişinlərə xatırladacaq.

Yeniliklər təkcə bununla bitmir. Qatarın ön hissələrinin fərqli dizaynı da diqqət çəkir. Ön hissələri dəyişdirilən əvvəlki qatarlardan fərqli olaraq, bu qatarın işıqlanması müasir işıqdiodlu sistemlə təchiz olunub. Buna görə də forması fərqli olan yeni projektorların daha güclü və gur işıqlanması var. Maşinist kabinasının ön hissəsinin daha bir yeniliyi də müasir dövrün tələbləri ilə səsləşir. Artıq marşrut monitoru tam elektron sistemlə işləyir. Burada istiqamət göstəricisi qaçan sətirlə verilir, marşrutun say göstəricisi də elektron tabloda əks olunub. Bu isə qatarların marşrutunun avtomatik dəyişdirilməsinə xidmət göstərir.

Qatarda yeniləşmə bununla bitmir. Əvvəllər xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qatarların yerli şəraitdə orta və əsaslı təmirinin təşkili ilə bağlı araşdırma apararaq bunun daha səmərəli olacağını müəyyən etmişdi. İlk növbədə, əsaslı təmir üçün Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialına göndərilən qatarların yerli şəraitdə təmiri külli miqdarda vəsaitə qənaət deməkdir. Qatarın yerli şəraitdə təmiri həm də perspektiv baxımından metropolitenə yeni üfüqlər açır. Bununla yeni iş yerlərinin açılması, yeni tipli peşəkar kadrların yetişdirilməsinə nail olunur. Hələlik qatarların yerli şəraitdə təmiri “Nərimanov” elektrik deposunda bu məqsədlə ayrılmış xüsusi sahədə yerinə yetirilir. 

Mövcud təlimat tələblərinə görə, 3 saylı cari təmirə dayandırılmış qatarlarda texniki tələblərə uyğun müvafiq yeniliklərlə yanaşı, qatarın elektrik sisteminin, vaqonların sərnişin salonunun plastikasının və oturacaqlarının tamamilə yenilənməsi, vaqonların korroziyadan tam təmizlənərək rənglənməsi, eləcə də müəyyən mümkün modernləşdirmə işləri aparılır. Lakin yaxın vaxtlarda qatarların əsaslı təmiri sahəsinin inşası başa çatdırılaraq, burada daha mürəkkəb işlərin, ən əsası, qatarların modernləşdirilməsinin həyata keçirilməsi mümkün olacaq.

Babək Cahandarov

Paylaş:
681

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər