İran Qətər və Körfəz ölkələrini dialoqa çağırıb
İran Qətər və Körfəz ölkələrini dialoqa çağırıb.
1news.az "Sahartv"yə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Bəhram Qasimi deyib.
O bildirib ki, İran İslam Respublikası Fars körfəzinin cənubundakı bütün qonşularından regionun acı təcrübələrindən ibrət alaraq, emosiyalardan kənar məntiqə əsaslanaraq maksimum təmkinliyi qorumaqla gərginliyin azaldılması və sabitliyə qayıtmağı istəyir.
B.Qasimi yaranmış gərginlikdən narahatlıq ifadə edərək, bu məsələlərin həll olunacağına ümid etdiyini vurğulayıb:
“Region ölkələri arasındakı bu ixtilafların həlli yalnız diplomatik, dinc və şəffaf danışıqlar yolu ilə mümkündür. Müstəqil dövlətlərin milli hakimiyyəti və ərazi bütövlüyünün qorunması, onların daxili məsələlərinə müdaxilə edilməməsi və beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmətlə yanaşılması beynəlxalq hüquq və əməkdaşlığın əsas normalarıdır. Bütün tərəflər də ona hörmətlə yanaşmalıdırlar”.
Pərvanə Sultanova