Azərbaycan may ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
1news.az-a Energetika Nazirliyindən verilən xəbərə görə, həmin məlumatlara əsasən, cari ilin may ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 785,3 min barrel olub. Bunun 730,3 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 596,5 min barrel xam neft, 55 min barrel kondensat, 12,2 min barrel isə neft məhsulları ixrac edilib.
Yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel, fevral ayında 776,4 min barrel, mart ayında 733,3 min barrel, aprel ayında isə 781,1 min barrel olub.
S.Xankişiyeva