“Qarabağ”ın bütün potensial rəqibləri məlum oldu
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
1news.az-ın məlumatına görə, Ağdam təmsilçisinin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 iştirakçı olacaq. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.
Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.
“Zəiflər”in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə “Qarabağ”la qarşılaşa bilər. Birbaşa ikinci mərhələdən başlayıb səpələnməmiş olan 12 rəqibdən 11-i məlumdusa, biri hələ dəqiqləşməyib.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
TNS (Uels) – 5,775
“Linfild” (Şimali İrlandiya) – 3,650
“Vikinqur” (Farer adaları) – 2,950
“Hibernians” (Malta) – 2,800
“Santa-Koloma” (Andorra) – 2,733
Səpələnməmişlər
“Alaskert” (Ermənistan) – 2,525
“La Fiorita” (San-Marino) – 1,566
“Europa” (Cəbəllütariq) – 1,500
“İnfonet” (Estoniya) – 1,300
“Trepça” (Kosova) – 1,000
II təsnifat mərhələsi
Səpələnmişlər
“Seltik” (Şotlandiya) – 42,785
“Zalsburq” (Avstriya) – 40,570
“Kopenhagen” (Danimarka) – 37,800
“Lüdoqorets” (Bolqarıstan) – 34,175
BATE (Belarus) – 29,475
“Legiya” (Polşa) – 28,450
APOEL (Kipr) – 26,210
“Maribor” (Sloveniya) - 21,125
“Qarabağ” (Azərbaycan) – 18,050
“Malmö” (İsveç) – 16,945
“Astana” (Qazaxıstan) – 16,800
“Partizan” (Serbiya) – 16,075
“Riyeka” (Xorvatiya) – 15,550
“Rusenborq” (Norveç) – 12,665
“Şerif” (Moldova) – 11,150
“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875
“Hafnarfyordur” (İslandiya) – 6,175
Səpələnməmişlər
“Jilina” (Slovakiya) – 5,850
“Jalgiris” (Litva) – 5,825
“Dandalk” (İrlandiya) – 5,815
“Vardar” (Makedoniya) – 5,125
“Dudelanj” (Lüksemburq) – 4,975
“Kukesi” (Albaniya) – 4,550
“Zrinski” (Bosniya və Herseqovina) – 4,050
“Buduçnost” (Monteneqro) – 3,300
“Honved” (Macarıstan) – 2,900
“Mariehamn” (Finlandiya) – 2,030
“Spartak” (Latviya) – 1,975
“Samtredia” (Gürcüstan) – 1,525
I təsnifat mərhələsinin 5 qalibi
Babək Cahandarov