Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində son durum - FOTO

Atletlər kəndinin nəqliyyat əməliyyatlarına görə yeri dəyişdirilən Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində görülən işləri artıq yekunlaşmaqdadı.
Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, mərkəzdə hərəkətin təhlükəsizliyi baxımından əlavə tədbirlər görülüb. Avtobusların daxil olduğu perronların girişlərinə sürət azaldan maneələr qoyulub, sərnişinlər üçün məlumatverici və maarifləndirci löhvələr vurulub.
1news.az
950