Tbilisidə üçtərəfli görüş keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tbilisidə üçtərəfli görüş keçirilib – FOTO

15:08 - 06 / 06 / 2017
Tbilisidə üçtərəfli görüş keçirilib – FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş keçirilib.

1news.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə yüklərin (konteyner daşımaları) Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə quru yolla daşımalarının təşkili, Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə Azərbaycan və İran limanlarının vasitəsilə yük daşımalarının (konteyner daşımaları) təşkili, tərəflərin dəmir yollarında yük vaqonlarının təkər arabacıqlarının dəyişdirilərək (1520 mm standartlı izdən 1435 mm standartlı izə və əksinə keçirilərək) hərəkəti məsələləri müzakirə olunub.

Bildirilib ki, hazırda böyük həcmli yük Fars körfəzi regionundan və Hindistandan Avropaya və əks istiqamətdə dəniz nəqliyyatı ilə daşınır və bu da 30-40 günə başa gəlir. Yüklərin Gürcüstan, Azərbaycan və İran üzərindən yönləndirilməsi daşınma vaxtının azaldılmasını təmin edəcək. Bununla bərabər, marşrut üzrə rəqabətədavamlı tariflərin tətbiqi də vacib amillərdən biridir.

Görüşdə işlərin koordinasiya edilməsi üçün İşçi Qrupunun yaradılması, Poti/Batumi-Astara-Poti/Batumi (perspektivdə Qəzvin-Tehran/Bəndər-Abbas-Qəzvin) marşrutu üzrə konteyner qatarının təşkil edilməsi, marşrutun dəniz hissəsində yükdaşıma qiymətinin optimallaşdırılması üçün dəniz daşımaçılarıyla danışıqların təşkili qərara alınınb.

Müzakirə olunan məsələ ilə bağlı görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb. Tədbirin sonunda üçtərəfli protokol imzalanıb.

S.Xankişiyeva

Paylaş:
817

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər