Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edəcək

20:36 - 06 / 06 / 2017
Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edəcək

İyunun 7-də  gənclər və idman naziri Azad Rəhimov Sabirabad rayonunda vətəndaşları qəbul edəcək

Gənclər və İdman Nazirliyindən 1news.az-a verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Şirvan: 055-3334004

Hacıqabul: 055-7977696

Neftçala: 050-3204242

Saatlı: 055-2115650

Sabirabad: 050-2068677

Salyan: 055-2006665

Babək Cahandarov

Paylaş:
913

Son xəbərlər

Bütün xəbərlər