Qətər məsələsi neftin qiymətinə necə təsir edəcək? - Şərh | 1news.az | Xəbərlər
İqtisadiyyat

Qətər məsələsi neftin qiymətinə necə təsir edəcək? - Şərh

10:44 - 06 / 06 / 2017
Qətər məsələsi neftin qiymətinə necə təsir edəcək? - Şərh

“Bir neçə ərəb dövlətinin Qətərlə diplomatik əlaqələrini kəsməsi neftin dünya bazar qiymətinə artıq təsir göstərməkdədir. Bəzi gözləntilərin əksinə olaraq neftin qiymətində azalmalar müşahidə edilir”.

1news.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

O qeyd edib ki, artıq Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağıdır. Texas markalı neftin bir bareli isə 47 dollara yaxınlaşır:

“Qiymətin aşağı düşməsi OPEC-ə üzv olan ölkələr arasındakı diplomatik gərginliklə bağlıdır. Belə ki, bu gərginliyə görə OPEC-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərməkdədir. Praktik olaraq, “Qətər məsələsi” OPEC üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl eməsinin monitorinq imkanklarnı xeyili məhdudlaşdırır. Digər tərəfdən isə, gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur. Sədiyyə Ərəbistanın Qətər blokadası heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb. Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var”.

İqtisadçının sözlərinə görə, Körfəz ölkələrində müşahidə edilən son diplomatık gərginlik OPEK-in neft bazarına təsir imkanlarını xeyili məhdudlaşdırmaqla yanaşı, hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini xeyili çətinləşdirib:

“Bu isə nəticədə qiymətlərin azalmasını stimuallaşdırır. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmasa, neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir”.

P.Sultanova

 

Paylaş:
928

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər