Almaniya hökuməti İncirlikdəki qüvvələrini geri çəkir | 1news.az | Xəbərlər
Dünya

Almaniya hökuməti İncirlikdəki qüvvələrini geri çəkir

14:03 - 07 / 06 / 2017
Almaniya hökuməti İncirlikdəki qüvvələrini geri çəkir

Almaniya hökuməti Türkiyədəki İncirlik hərbi bazasında olan öz qüvvələrini geri çəkmək barədə qərar qəbul edib.

1news.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən 260 alman əsgəri və "Tornado" təyyarələri bazadan çıxarılacaq.

İŞİD-lə  mübarizə çərçivəsində vəzifəsini yerinə yetirən Almaniya qüvvələrinin Alman birliyinin, İordaniyaya ərazisində yerləşdiriləcəyi gözlənilir.

Pərvanə Sultanova

 

Paylaş:
988

Son xəbərlər

Bütün xəbərlər