Azərbaycanlı hafizlər Türkiyədə keçirilən müsabiqədə iştirak ediblər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı hafizlər Türkiyədə keçirilən müsabiqədə iştirak ediblər – FOTO

17:22 - 07 / 06 / 2017
Azərbaycanlı hafizlər Türkiyədə keçirilən müsabiqədə iştirak ediblər – FOTO

Ötən ay Türkiyədə 5-ci Beynəlxalq Hafizlik və Qurani-Kərimi gözəl oxuma yarışması keçirilib.

1news.az-ın Qafqaz Müsəlmanları İdarəsinə istinadla verdiyi xəbərə görə, yarışmada ölkəmizi Tural Məmmədov və Ruslan Nəsirov təmsil ediblər.

62 ölkə nümayəndələrinin iştirak etdiyi yarışmada Hafizlik bölməsində Ruslan Nəsirov, Qurani-Kərimi gözəl oxuma bölməsində isə Şəki Mərkəzi Cümə Məscidinin Müəzzini Tural Məmmədov çıxış edib.

Yarışmanın nəticələrini elan etmək üçün Ankaranın Cumhuriyyət Külliyəsində may ayının 24-də Turkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mükafatlandırma mərasimi keçirilib. Uğurlu çıxışlarına görə həmvətənlərimiz Türkiyə Diyanət İşləri Başqanı Prof. Dr. Mehmet Görməz tərəfindən şəhadətnamə ilə təltif olunublar.

S.Xankişiyeva

 

Paylaş:
924

Son xəbərlər

Bütün xəbərlər