Meksika səfiri Lənkərana səfər edib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Meksika səfiri Lənkərana səfər edib - FOTO

09:18 - 07 / 06 / 2017
Meksika səfiri Lənkərana səfər edib - FOTO

Azərbaycanın regionları ilə əlaqələri inkişaf etdirmək məqsədilə Meksika səfiri Rodriqo Labardini Lənkəran şəhərinə səfər edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, səfər çərçivəsində diplomat bu şəhərin İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə görüş keçirilib.

Bu görüşdə müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişafı, həmçinin, hər iki ölkənin şəhərlərinin mümkün qardaşlaşması haqqında söhbət aparılıb. İH-nin başçısı Lənkəran şəhəri, onun tarixi və əsas xüsusiyyətləri haqqında məlumatları təqdim edib. Diplomat münasibətlərin gücləndirilməsi və xalqların yaxınlaşmasına yönələn Meksika səfirliyinin fəaliyyəti barədə məlumat verib.

Bundan əlavə, səfir Labardini Lənkəran Dövlət Universitetinə gələrək rektor Natiq İbrahimov ilə, Lənkəran Dövlət Dram Teatrını ziyarət edərək baş inzibatçı Namiq Ağayev və ədəbi hissə müdiri Ağaddin Babayev ilə görüşüb. Hər iki görüş müfaviq sahələrdə ikitərəfli əməkdaşlığın müzakirəsinə yönəlmişdi. Vurğulanıb ki, təhsil və mədəniyyət xalqlar arasında əlaqələrin möhkəmlənməsi üçün əsas sahələrdir.

Görüşlərdə regionların turistik potensialını müzakirə olunub. Səfir Labardini Meksikadakı Sehirli Kəndlər anlayışına istinad edib. Sehirli Kəndlər müxtəlif dövlət qurumları ilə birgə Meksikanın Turizm Nazirliyi tərəfindən inkişaf edilən bir proqramdır. 2001-ci ildə yaradılan həmin proqram bu şəhərlərin sakinləri və onların mədəni zənginliyini saxlamaq və qorumaq naminə işini tanıyır. Turizm Nazirliyi Meksika ərazisindəki 112 yaşayış bölgəsini Sehirli Kənd olaraq adlandırıb. Hər bir bölgədə qədim zamanların güclü təsiri, ispan müstəmləkə imperiyasının zəngin mirası, dünyavi və ata-baba adət-ənənələri və ölkə həyatında tarixi hadisələrin vacib məkanları var.

Pərvanə Sultanova

Paylaş:
676

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər